Zurabişvili Tbilisidə etirazçılara qoşulub – Nə baş verir?

Zurabişvili Tbilisidə etirazçılara qoşulub –
Xəbər verdiyimiz kimi, Gürcüstan Baş naziri İrakli Kobaxidzenin ölkənin 2028-ci ilin sonuna kimi Aİ ilə danışıqlara başlamaq məsələsini gündəmdən çıxaracağını bəyan etməsindən sonra Tbilisi və Gürcüstanın digər şəhərlərində etirazlar başlayıb.
Yeniavaz.com yerli KİV-ə istinadıla xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili də Tbilisidə parlament binası qarşısında nümayişçilərə qoşulub.
O, hakimiyyəti təkrar parlament seçkiləri keçirməyə çağırıb.
Zurabişvili daha sonra təhlükəsizlik qüvvələri ilə danışmaq istəyib, lakin heç kim onunla dialoqa girməyib.
Daha sonra parlament binası yaxınlığında nümayişçilərlə polis arasında toqquşmalar başlayıb. Polis etirazçılara qarşı su şırnaqlarından istifadə etməyə başlayıb. Etirazçılar dağılışmağa başlasa da, onların bir qismi geri qayıdıb. Xüsusi təyinatlılar su şırnaqlarından əlavə gözyaşardıcı qazlardan da istifadə ediblər.
Zurabişvili Tbilisidə etirazçılara qoşulub –

Rustaveli prospektində etirazçılarla polis arasında qarşıdurma bütün gecə davam edib. Nümayişçilər zibil qutularını və taxta stulları yandırıblar.
Səhərə yaxın xüsusi təyinatlılar etirazçıları Rustaveli prospektindən tamamilə çıxarıb. Hadisə zamanı polis yenidən gözyaşardıcı qazlardan istifadə edib. Etirazçılar arasında bir neçə nəfər saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
66 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...