Milli Məclisdə yatan deputat: “Fikirləşirdim”

Milli Məclisdə yatan deputat:
Təzəlikcə ürəyimdən əməliyyat olunmuşam, başım aşağı olan vaxt şəklimi çəkib, yuxuladığım barədə xəbərlər tirajlayırlar. Elə bir şey yoxdur, sadəcə aşağı baxıb, fikirləşirdim.

GUNDEMİNFO.AZ teleqraf.com-a istinadla xəbər verir ki, bunu 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən deputat seçilən Səttar Möhbalıyev deyib.

O, Milli Məclis deputatlarının ilk iclasda yuxulaması barədə yayılan görüntülərə münasibət bildirib. vakansiya

Onun sözlərinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrliyindən də səhhətindəki problemlərlə əlaqədar ayrılıb:

"Kim nə yazır-yazsın, yalandır. Sadəcə başımı aşağı salıb baxmışam, götürüb çəkiblər. Ürəyimdəki narahatlığa görə Almaniyaya 20 günlük müalicəyə getməyə hazırlaşıram".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
40 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...