Üç fəhlənin faciəvi şəkildə öldüyü yerdən görüntülər - VİDEO

Üç fəhlənin faciəvi şəkildə öldüyü yerdən görüntülər -
Xəbər verdiyimiz kimi, Şəmkirdə üç nəfəri elektrik cərəyanı vuraraq öldürüb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Könüllü kəndində qeydə alınıb.

Belə ki, təsərrüfat işləri ilə məşğul olan üç nəfər daşıdıqları nərdivanın ərazidən keçən yüksək gərginlikli xəttə toxunması nəticəsində cərəyan vurmasından ölüb.

Hadisə zamanı dünyasını dəyişən Əkbər Bağırov və İsmət Məmmədov Şəmkir, Adil Böyükkişiyev isə Ağstafa rayon sakinidirlər.

“İstixanaya nərdivanı sürüyə-sürüyə gətiriblər. Yuxarıdan da böyük gərginlikli xətt keçirdi. Ehtiyatsızlıqdan əllərindəki nərdivan cərəyana dəyib”, - İsmət Məmmədovun qardaşı deyib.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin videomaterialında:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
30 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...