İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Kəngərli kəndində şəhidin məzarını ziyarət etdi

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Kəngərli kəndində şəhidin məzarını ziyarət etdi


27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Kəngərli kəndində şəhid Abbaszadə Elnur Faiq oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzülüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Qeyd edək ki, şəhid Abbaszadə Emin Faiq oğlu 1998-ci il may ayının 15-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin giziri Emin Abbaszadə 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Kəngərli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhid Abbaszadə Emin Faiq oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
478 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...