“ABŞ Ukraynanın NATO-ya üzv olmasını istəmir” – Ərdoğan

“ABŞ Ukraynanın NATO-ya üzv olmasını istəmir” –
“ABŞ Ukraynanın NATO üzvlüyünü istəmir”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “NBC News” telekanalına müsahibəsində bildirib.
Belə ki, müsahibənin Ukrayna ilə bağlı hissəsində Ankaranın Ukraynanın NATO üzvlüyünə münasibəti ilə bağlı sualı cavablandıran Ərdoğan bu məsələdə bütün NATO ölkələrinin addımlarını nəzərdən keçirəcəklərini bildirib.
“Amerika Ukraynanın NATO-ya üzv olmasını istəmir. Həmçinin bir çox NATO ölkələri də Ukraynanın NATO-ya üzv olmasını istəmir. Ona görə də, qərarımızı bu reallıqları nəzərə alaraq verməliyik”, - Ərdoğan qeyd edib.
Ərdoğan həmçinin Ukraynanın NATO-ya üzvlüyü məsələsinin hərtərəfli müzakirə tələb edən bir məsələ olduğunu bildirib.
“Biz bu məsələlərlə bağlı qərarlarımızı verərkən, əlbəttə ki, bütün NATO üzvlərinin mövqeyini nəzərə alır və qərarlarımızı buna uyğun veririk. İndiki vəziyyətdə də bütün NATO ölkələrinin mövqeyini nəzərə alacaq və ona görə qərar verəcəyik. Bu cür qərarları emosiyalarla vermək olmaz”, - Ərdoğan əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...