Əməkdar artist ona bağışlanan 110 min dollarlıq maşının taleyindən danışdı

Əməkdar artist ona bağışlanan 110 min dollarlıq maşının taleyindən danışdı

"2011-ci ildə yaxın qohumlardan biri mənə avtomobil hədiyyə etmişdi. Yaxşı oğlanlardan biridir".

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Sənətçi hədiyyə edilən avtomobili satdığını bildirib:

"Yüngül maşın idi. Qiyməti 110 min dollar idi. Həmin vaxt dolların kursu aşağı olduğu üçün təxminən 80 min manat edirdi. Həmin avtomobili satdım, puluna yenisini aldım".

Qeyd edək ki, Əməkdar artist Yusif Mustafayev "Rəngarəng səhər" verilişində ona avtomobil hədiyyə edildiyini bildirib. Sənətçi həmin avtomobilin qiymətinin 200 min manat olduğunu vurğulayıb:

"2011-ci ildə mənə bir zəng gəldi. Dedilər ki, get filan yerdən "Infiniti QX56" markalı avtomobili götür. Qiyməti isə avtomobilin 110 min dollar idi, hardasa təxminən 200 min manat".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
269 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...