Bakıda evə neft axır – VİDEO

Bakıda evə neft axır –
Bakının Binəqədi rayonu, “Mədən - 2” adlanan ərazidə evin zirzəmisinə neft dolub. Mənzilin otaqlarını kəskin qoxu bürüyüb.

Gundeminfo.az xezerxeber.az-a istinadən xəbər verir ki, ev sahibi Rövşən Qasımov iddia edir ki, mənbəyi bilinməyən neftin zirzəmiyə dolması nəticəsində evdə təhlükəli vəziyyət yaranıb.

Təhlükəli vəziyyətlə üz-üzə qaldığını deyən ev sahibi ailəsinin başqa əraziyə köçürülməsini istəyir. Onun sözlərinə görə, evə bir neçə dəfə aidiyyəti qurumlar tərəfindən baxış keçirilsə də, ona nəticəsilə bağlı məlumat verilməyib.

Rövşən Qasımov ümid edir ki, problemin həlli üçün aidiyyəti qurumlar tərəfindən ona qısa müddətdə köməklik göstəriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
103 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...