“Prezident 6 milyon ayırdı, basıb yedilər” - VİDEO

“Prezident 6 milyon ayırdı, basıb yedilər” -
“Əqrəb mövsümü” serialında rol alan aktyor Hikmət Rəhimovun İctimai TV-də yayımlanan “Dikdaban” verilişindəki yanvarın 16-da çıxışı sosial şəbəkələrdə gündəm olub.

Yeniavaz.com xəbər verir ki, aktyor verilişdə serial sektoruna ayrılan büdcənin aidiyyəti üzrə xərclənmədiyindən şikayətlənib:
“Mənim yadımdadır ki, bir neçə il bundan qabaq ölkə başçısı sırf serial sektoru üçün büdcə ayırdı. Heç nə, basdılar yedilər də. Pulu basdılar yedilər, heç nə, serial da ortaya çıxmadı. Görürlər ki, iş də getmir. Onda o büdcəni niyə ayırmalıdırlar ki? 6 milyon büdcə ayrılmışdı ki, serialların inkişafına hissə-hissə bölünsün. O pul da nə bölündü, nə bir şey olundu. Kiminsə əlinə düşdü, birini bilirəm, adını çəkmək istəmirəm. 6 milyon Azərbaycanda serial sektoru üçün pis pul deyildi. Bunu da ayırdılar ki, bir az özünüzə gəlin, dirçəlin. Kimsə götürdü pulu qoydu cibinə, dedi ki, qoy mən özüm tək dirçəlim”.

Qeyd edək ki, Prezident İlham Əliyev milli telefilmlərin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına (indiki Audioviziual Şöbə - red.) 6 milyon manat vəsait ayrılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
177 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...