15 yaşlı qız hamilə qaldı - Araşdırma gedir

15 yaşlı qız hamilə qaldı -
Bakıda xəstəxanaya müraciət edən 15 yaşlı qızın hamilə olduğu müəyyən edilib.

Gundeminfo.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu, Sabunçu Tibb Mərkəzində (keçmiş 3 saylı şəhər xəstəxanası) müayinə zamanı bilinib.

Xəstəxanaya müraciət edən Sabirabad rayon sakini Əminə Salayevanın (şərti ad) 14 həftəlik hamilə olduğu üzə çıxıb. Faktla bağlı ərazi üzrə 30-cu Polis Bölməsinə məlumat verilib.

Hazırda araşdırmalar aparılır.

Qeyd edək ki, qanunvericiliyə görə, yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq cinayət əməli hesab edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
320 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...