“Azərxalça”nın yığılmış zərəri 14 milyon manata çatıb

“Azərxalça”nın yığılmış zərəri 14 milyon manata çatıb
“Azərxalça” ASC 2020-ci ili 3,283 milyon manat zərələ başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 38,5% azdır.

Bununla belə, şirkətin yığılmış zərəri 36% artaraq 13,839 milyon manata çatıb.

2020-ci ildə “Azərxalça”nın satışdan gəlirləri 5,142 milyon manat (2019-cu ilə nisbətən 16,6 dəfə çox), satışının maya dəyəri 4,59 milyon manat (12 dəfə çox), sair gəlirləri 1,146 milyon manat (əvvəlki il olmayıb), inzibati və əməliyyat xərcləri 5,089 milyon manat (0,5% az), xarici valyuta əməliyyatlarından xalis gəlirləri isə 109 min manat (əvvəlki il zərər olub) təşkil edib.

2021-ci il yanvarın 1-nə “Azərxalça”nın aktivləri 107,004 milyon manat olub ki, bu da illik müqayisədə 0,5% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 62,9% artaraq 1,041 milyon manata çatıb, balans kapitalı isə 0,9% azalaraq 105,963 milyon manata düşüb.

Xatırladaq ki, “Azərxalça” ölkə prezidentinin sərəncamı ilə 5 may 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. 100% dövlətə məxsus olan səhmdar cəmiyyəti ölkədə xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
416 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...