Qadınların gizli səfərbərliyi başladı - General açıqladı

Qadınların gizli səfərbərliyi başladı -
Ukrayna gizli şəkildə qadınları Silahlı Qüvvələrinin sıralarına çağırır.

Bakupost.az NEWS.ru-ya istinadən xəbər verir ki, bunu Rusiyanın əməkdar hərbi pilotu, general-mayor Vladimir Popov bildirib.

O qeyd edib ki, Ukraynada kişi əhali hələ də mövcuddur. Lakin qadınların səfərbər olunması ölkədə artıq təlim keçmiş qadın kadrların mövcudluğu ilə əlaqədardır.

General əlavə edib ki, qadınlar gizli şəkildə səfərbər olunur və onlar yalnız tibbi personal kimi deyil, həm də snayper, avtomobil sürücüsü, avtomobil texnikası üzrə mütəxəssis, həmçinin hava hücumundan müdafiə sistemləri üzrə mütəxəssis kimi hazırlanırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
40 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...