CHP-nin qurultayları ilə bağlı məhkəmə prosesi təxirə salınıb

CHP-nin qurultayları ilə bağlı məhkəmə prosesi təxirə salınıb
Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ilin 4–5 noyabr tarixlərində keçirilən 38-ci Növbədənkənar Qurultayının və 2025-ci ilin 6 aprelində baş tutan 21-ci Fövqəladə Qurultayının ləğvi ilə bağlı işə Ankara 42-ci Asliye Hüquq Məhkəməsində baxılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə prosesində keçmiş Hatay Böyükşəhər Bələdiyyə Başçısı Lütfü Savaşın vəkili Onur Üregen CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunun müvəqqəti olaraq partiya rəhbəri təyin olunmasını tələb edib.
CHP-nin vəkili Çağlar Çağlayan isə bildirib ki, bu məsələ ilə bağlı müvəqqəti həbs qətimkan tədbiri tələbi indiyədək doqquz dəfə rədd edilib: “Biz bir daha vurğulayırıq ki, məhkəmənin bu məsələdə səlahiyyəti yoxdur”.
Məhkəmə CHP-nin İstanbul Konqresinin ləğvini tələb edən Ankara 3-cü Asliye Hüquq Məhkəməsinin qərarının səbəblərinin öyrənilməsinə ehtiyac olmadığına və müvəqqəti mühafizə tələbinin təmin olunmasına zərurət bulunmadığına qərar verib.
Bununla yanaşı, 21 sentyabrda keçirilən CHP Fövqəladə Qurultayının nümayəndə siyahısı və birləşdirmə protokolunun Çankaya İlçe Seçki Şurasından alınmasına qərar verilib.
Prosesin davamı 24 oktyabr saat 10:00-a təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
33 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...