DİN Abşeronda 7 yaşlı Fransa vətəndaşının ölümü ilə bağlı məlumat yaydı

DİN Abşeronda 7 yaşlı Fransa vətəndaşının ölümü ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi (DİN) Abşeronda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, martın 9-da saat 17 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri - T.Vəliyevanın idarə etdiyi “Peugeot” və R.Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü, eləcə də T.Vəliyevanın sərnişinləri - 10 yaşlı qızı Selin Maria və 7 yaşlı oğlu Rafael Nadim xəstəxanaya yerləşdirilib, oğlu orada ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, hadisə zamanı ölən və xəsarət alan sərnişinlər Fransa vətəndaşlarıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
767 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...