Azərbaycan parlamenti büdcənin icrasını müzakirə edir

Azərbaycan parlamenti büdcənin icrasını müzakirə edir
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başlayıb.

“Report” xəbər verir ki, iclasda “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə edilir.

Sənəd parlamentə ötən həftə daxil olub.

Azərbaycanın 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 37 milyard 161,8 milyon manat (2023-ci illə müqayisədə artım 5,5 %), gəlirlər üzrə plan 2,1 % çox icra olunub.

2023-cü ildə dövlət büdcəsinin xərcləri 37 milyard 713,6 milyon manat (artım 3,4 %) təşkil edib, proqnoz 94,9 % icra olunub.

2024-cü il dövlət büdcəsinin kəsiri 551,8 milyon manat və yaxud ÜDM-in 0,4 %-ni təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
55 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...