Azərbaycanda problemli kreditlərin məbləği 500 milyonu ötdü

Azərbaycanda problemli kreditlərin məbləği 500 milyonu ötdü
Bu il mayın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 502,6 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından verilən xəbərdə deyilir bu, aprelin 1-i ilə müqayisədə 4,4 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 11,9 %, son 1 ildə isə 8,7 % artıb.

Aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət martın sonuna 1,6 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il aprelin sonuna isə 1,8 % olub.

Mayın 1-nə bankların kredit portfeli 26 milyard 442,6 milyon manat təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 13,9 % böyüyüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
63 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...