“Kəndimizdə indiyədək belə hadisə olmayıb, hamı şokdadır” - VİDEO

“Kəndimizdə indiyədək belə hadisə olmayıb, hamı şokdadır” -
Xəbər verdiyimiz kimi, mayın 24-ü səhər saatlarında Gədəbəy rayonunun Kələman kəndində 74 yaşlı qadına qarşı quldurluq əməli törədilib.

Gundeminfo.az-ın Baku TV-yə istinadən məlumatına görə, zərərçəkənin qonşusu Səhladər Nağıyev bildirib ki, tənha yaşayan qadını tövlədə huşsuz vəziyyətdə ilk olaraq o görüb.

“Biz onu görəndə başı yarılmışdı, qan içində idi. Əlləri və ayaqları bağlı vəziyyətdə idi. Mən hadisə yerinə polisdən sonra çatdım. Zeynəb xala yaxşı qonşu olub, heç kimlə problemi olmayıb. Kəndimizdə indiyədək bu cür hadisə baş verməmişdi. Hamı şokdadır”, - deyə, o əlavə edib.

Bildirilib ki, Zeynəb Nağıyeva sübh vaxtı mal-qaraya ot vermək üçün tövləyə gedib. Cinayət də bu zaman törədilib. Qadın tövlənin damından ot götürmək istəyərkən orada gizlənmiş şəxs onun başına torba keçirərək əl-qolunu bağlayıb və qadını tövlənin içərisinə atıb. Nəticədə o, ağır xəsarətlər alıb.

Qeyd edək ki, Z.Nağıyeva Gəncədəki xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti həkim nəzarətindədir.

DİN-dən bildirilib ki, faktla bağlı araşdırma aparılır. Hadisənin təfərrüatı və təqsirkarların kimliyi müəyyən edildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Daha ətraflı süjetdə:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
132 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...