Çin dronlara qarşı yeni zenit-raket-top kompleksi hazırlayıb

Çin dronlara qarşı yeni zenit-raket-top kompleksi hazırlayıb
Çin dronlarla mübarizə üçün nəzərdə tutulmuş yeni zenit-raket-top kompleksi (ZRTK) hazırlayıb.

“Report” bu barədə “Defence Blog” nəşrinə istinadən xəbər verir.

SWS3 sistemi 6x6 və 4x4 təkər tənzimləməli zirehli avtomobillərə quraşdırıla bilər.

Çinin zenit-raket-top kompleksinin arsenalına iki 35 mm-lik avtomatik top və “yer-hava” raketləri daxildir. SWS3 dronlardan əlavə qanadlı raketləri, dəqiqlikli sursatları və alçaqdan uçan digər hədəfləri vura bilir.

Çinin zenit-raket-top kompleksi bir radar stansiyası və hədəflərin axtarışı üçün optik-elektron komplekslə təchiz olunubı. SWS3 avtonom şəkildə və eşelonlu hava hücumundan müdafiə sisteminin bir hissəsi kimi fəaliyyət göstərə bilər



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
68 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...