Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlərin sayı üç dəfə artıb

Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlərin sayı üç dəfə artıb
Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlərin sayı üç dəfə artıb.

"Report" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dekabrın 6-da Bakıda keçirilən “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, vaxtında və operativ yardım xidmətlərinin göstərilməsi zərər çəkmiş şəxslərin dövlət orqanlarına və digər xidmət subyektlərinə etimadını artırıb: "Son dörd ildə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan müraciətlər üç dəfə artıb. Zorakılığın səbəb və nəticələrinin, təkrar başvermə riskinin aradan qaldırılması, törədənlərin cəzalandırılması istiqamətində Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər gücləndirilib, polis əməkdaşları təlimatlandırılıb. Baş Prokurorluqda Cinayət təqibindən kənar İcraatlar İdarəsi yaradılıb, həmçinin intihar hallarının qarşısının alınması üzrə İşçi Qrup fəaliyyətə başlayıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
316 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...