“Bizon”, “Hell” İÇMƏYİN! Ekspertlərdən XƏBƏRDARLIQ

“Bizon”, “Hell” İÇMƏYİN!
Enerji içkiləri bəzi insanların davamlı qəbul etdiyi məhsuldan biridir. Mütəxəssislər deyirlər ki, bu cür içkilərdən davamlı istifadə insanların sağlamlığına ciddi şəkildə zərər vurur. Yetkinlik yaşına çatmış şəxslərdən əlavə uşaqlar, yeniyetmələr arasında da enerji içkilərinin qəbulu çoxalıb.

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova ilə əlaqə saxlayıb.

Sağlam qida təbliğatçısı Asim Əliyev Modern.az-a bildirib ki, energetik içkilər yeniyetmə və gənclərin həyatına mənfi təsirlər göstərə bilər:

“Bu içkilərin tərkibində yüksək miqdarda kofein, şəkər var. Bu da fiziki və psixoloji sağlamlığa ciddi təhlükələr yarada bilər. Artıq miqdarda kofein yuxu problemlərinə, əsəbilik, həyəcan, ürək ritminin pozulması və hətta panik-ataklara səbəb ola bilər. Kofein eyni zamanda diqqət dağınıqlığına, həddindən artıq həyəcana səbəb ola və asılılıq yarada bilər. Energetik içkilər ürək ritmini artırır, təzyiqi yüksəldir və ürək-damar problemləri riski yaradır. Yeniyetmə və gənclər arasında artıq istifadə edildikdə infarkt hallarına gətirib çıxara bilər”.

Ekspert qeyd edir ki, bu içkilərin tərkibində yüksək miqdarda şəkər var ki, bu da piylənməyə və diabetə səbəb ola bilir:

“Uzun müddətli istifadə hallarında depressiya və əhval-ruhiyyə problemləri yarana bilər. Gənclər özlərini daha enerjili hiss etmək üçün bu içkilərdən istifadə edir, amma bu təsir keçicidir və sonradan enerjisizlik və hətta depressiyaya səbəb ola bilir. Energetik içkilər güc, enerji və həyəcan vəd edən marketinq kampaniyaları vasitəsilə yeniyetmə və gənclər arasında populyarlıq qazanır. Gənclər yuxusuzluğu və ya imtahan dövrlərində enerjili olmaq istəyirlər. Bu içkilər onlara qısa müddətli enerji verir”.

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki, enerji içkilərindəki “enerji” sadəcə onun adındadır:

“Tərkibi insan orqanizminə enerji vermir. Enerji içkilərinin hazırlanmasında vitaminlərdən, minerallardan, bitkilərdən istifadə olunduğu deyilsə də, ya çox az tərkibdə, ya da onların kimyəvi dadlandıcılarından istifadə edərək hazırlanır. Bundan əlavə, tərkibində insan orqanizminə zərər verən bir çox zərərli kimyəvi maddələr var. Enerji içkiləri insan orqanizminin 24 saatda istifadə edəcəyi enerjini 10-15 dəqiqə oyadır, aktivləşdirir. İnsan həmin an sanki enerji aldığını düşünür. Dərhal birdən enerji bitdikdən sonra insanlarda artıq yorğunluq, diqqət əskikliyi yaranır. Bu da göstərir ki, enerji içkisi suni şəkildə asılılıq yaratmaqdan və orqanizmin funksiyasını pozmaqdan ibarətdir. Asılılıq yarandığı üçün insanlar həmin içkinin davamlı istifadəsinə başlayır. Bu içkilər biznes marağı çərçivəsində hazırlanıb. Enerji içkiləri müharibə dövründə əsgərlərin ayıq-sayıq qalması üçün fərqli tərkibdə hazırlanmışdı və gündəlik insanların istifadə edəcəkləri tərzdə satışa qoyulmamışdı”.

Məshəti Hüseynova qeyd edir ki, enerji içkiləri xüsusilə 18 yaşına qədər insanlara qadağan olunub:

“Bu da onunla əlaqədardır ki, 18 yaşına qədər insan orqanizmi hələ inkişaf prosesindədir. Onun tərkibində kimyəvi qatqılar və digər maddələr cinsi yetişkənliyin və eyni zamanda əqli inkişafın qarşısını alır. Gələcəkdə alzheimer və yaddaşsızlıq kimi xəstəliklərə səbəb olur. Eyni zamanda, da orqanizmin funksiyasını və qan-damar sistemini pozduğu üçün ani ürəktutmalarına səbəb olur. Tərkibindəki suni dadlandıcılar və kofeinin yüksək olması zəhərlənməyə və dişlərin çürüməsinə, kalsium əskikliyinə gətirib çıxarır. Ümumiyyətlə, yaşdan asılı olmayaraq enerji içkilərindən istifadə etmək tövsiyə olunmur. Bəzi orta yaşlı insanlar ürək-damar xəstəlikləri, qaraciyər piylənməsi və müəyyən xroniki xəstəliklərdən əziyyət çəkirlər, enerji içkilərindən istifadə onlarda həmin xəstəlikləri daha da tez inkişaf etdirir. Cinsi yetişkənlik dövründə çox enerji içkisi içən şəxslərin gələcəkdə sonsuzluqla qarşılaşma problemləri ola bilər ki, bunlara da xüsusi şəkildə diqqət yetirmək lazımdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
163 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...