Eldar Əziziovun maşını insanların yolu kəsdi - VİDEO

Eldar Əziziovun maşını insanların yolu kəsdi -
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun xidməti avtomobili kameraya düşüb. Videogörüntü sentyabrın 4-də, paytaxtın Qurban Abbasov küçəsində qeydə alınıb.

Belə ki, icra başçısına məxsus 10-AA-008 qeydiyyat nişanlı avtomobili idarə edən sürücü sözügedən küçədə ikinci cərgədə park edərək hərəkətə mane olub.

Onun sağında dayanan digər avtomobil isə sürücü ilə söhbət edərək yolda hərəkəti tam məhdudlaşdırıb.

Qeyd edək ki, ikinci cərgədə dayanma-durma qaydasının pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə 2 bal 80 manat məbləğində cərimə nəzərdə tutulub.

Avtosfer.az





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
169 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...