“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb
Ölkənin ən sürətlisi “Bakcell”, 4 sentyabr tarixində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə jurnalistlər üçün səhər yeməyi təşkil edib.
Görüşdə “Bakcell” və “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti” nümayəndələri Azərbaycanda keçiriləcək sürət yarışının əhəmiyyəti barədə ətraflı danışıb, media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.
“Bakcell”in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxışında “Bakcell” və “FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2024” çərçivəsində tərəfdaşlığın təsadüfi olmadığını vurğulayıb: “Hər iki tərəf özündə sürət və innovasiyaları ehtiva edir. Aprel ayında yeni brend strategiyasını təqdim edən “Bakcell”, ötən dövr ərzində bir sıra innovativ və yüksək sürətli məhsullarını istifadəçilərin ixtiyarına verib. Belə ki, şirkət ölkəmizdə mövcud ən sürətli internet xidmətini - “Fiber 1” məhsulunu təqdim edib. Bundan əlavə, “Bakcell”in yeni məhsulları olan VoWiFi (Wi-Fi üzərindən zəng) xidməti, ən geniş partnyor şəbəkəsinə malik “Bakcell Kart” və süni intellekt dəstəkli “Tarif Məsləhətçisi” müştərilərimizin xüsusi marağına səbəb olub”.
Qeyd edək ki, “Bakcell” “FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2024”ün rəsmi tədbir sponsorudur. Bununla bağlı “Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) çərçivəsində müqavilə imzalanıb.
328 dəfə oxundu