Marketlərdə çəkiliş aparmaq olmaz?

Marketlərdə çəkiliş aparmaq olmaz?
"Bu məsələ mənim üçün də maraqlıdır. Bəlkə də bəzi supermarketlərdə hansısa əyri-əskikləri insanlar çəkməsin deyə bunu qadağan ediblər. Məsələn, bunun keyfiyyət, vaxtı keçən məhsullar, eləcə də onların qiymətləri ilə bağlığı ola bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq deputat Rüfət Quliyev Bakıda iri marketlər şəbəkəsində videoçəkilişlərin aparılması ilə bağlı qadağalardan danışarkən deyib.

Rüfət Quliyev xarici ölkələrdə belə qadağanın olmadığını vurğulayıb:

"Mən xarici ölkələrdə olmuşam. Hətta Avropa və Asiya ölkələrində belə qadağalar görməmişəm. Bəkə də fikir verməmişəm. Əgər bunun başqa səbəbi varsa, iri marketlərin sahiblərinə müraciət edib sual vermək lazımdır".

Ətraflı
Ad - 00:29
Rüfət Quliyev Azərbaycanda demokratik bir şəraitin olduğunu diqqətə çatdırıb:

"Niyə marketlər şəbəkələrində video çəkiliş aparmaq olmaz? Bizdə muzeylərdə çəkiliş aparmaq qanunla qadağandır. Amma supermarket muzey deyil".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
218 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...