Qarabağdan köçən erməni: "Araik Arutyunyanın adamları bizi qarət etdilər" - VİDEO

Qarabağdan köçən erməni:
“2020-ci ildə müharibədən sonra ailəmlə Ermənistanın Gorus şəhərinə təxliyə edildik. Ağdamda mülküm, evim, nar bağlarım var idi. Araik Arutyunyan bizi aldadıb, heç bir pul ödəmədi. Pulu ancaq öz adamlarına verdilər, biz pulsuz qaldıq”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yaşamış erməni miqrantlardan biri, Ermənistan vətəndaşı İrəvan telekanallarına müsahibəsində deyib.

O bildirib ki, kəndin başçısı və Araik Arutyunyanın adamları onları qarət ediblər:

“Bizi evdən çıxardıb dedilər ki, türklər gəlirlər. Qarabağ erməniləri 30 il aldadılıblar. Kim rəhbərlik etdisə, bizi soydu. Robert Köçəryan “Qarabağ məsələsini mən həll edəcəyəm” dedi. “Qarabağ məsələsi” nədir? Bizi qarət edib, yeyib, aldatdılar".

Ətraflı süjetdə:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
406 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...