“Cümhuriyyətin varisi bizik, onlar isə vətən xainləri...” - Siyavuş Novruzov

“Cümhuriyyətin varisi bizik, onlar isə vətən xainləri...” -

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov Azərbaycan Xalq Cümhuriyyəti ətrafında gedən müzakirələrə reaksiya verdi: “Bir-iki nəfər insanlarda elə fikir formalaşdırmağa çalışır ki, guya cümhuriyyətin varisi onlardır. Bugünkü Azərbaycan bu cür inkişaf etmiş, dünyada tanınan, dünyada sözünü deyən olmasaydı, hansı varislikdən söhbət gedə bilərdi?

“Cümhuriyyətin varisi bizik, onlar isə vətən xainləri, erməni lobbisi ilə birləşib Azərbaycana qara yaxanlardır. Biz fikirlərimizi də, rəylərimizi də düzgün istiqamətdə formalaşdırmalıyıq. Bu gün İlham Əliyev həm də Demokratik Cümhuriyyətin prezidentidir”.

S.Novruzov qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını ilk dəfə Heydər Əliyev ucaldıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
535 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...