Ərdoğanın vasitəçiliyi ilə iki ölkə barışıb
Somali və Efiopiya arasında yaranan böhran gərgin diplomatik danışıqlardan sonra prezident Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Ankarada həllini tapıb.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, Ərdoğan prezident iqamətgahında Somali Prezidenti Həsən Şeyx Mahmud və Efiopiya Baş naziri Abiy Əhmədlə birgə mətbuat konfransı keçirib.
“Somali və Efiopiyanın ölkəmizə olan etimadı sayəsində təxminən səkkiz ay əvvəl başladığımız Ankara prosesində mühüm mərhələyə çatdıq. Beləliklə, iki ölkə arasında sülh və əməkdaşlığa əsaslanan yeni başlanğıca doğru ilk addımı atdıq”, - deyə Ərdoğan bildirib.
Ərdoğan may ayından bəri tərəflərin razılığı ilə xarici işlər nazirlərinin iki dəfə Ankarada, bir dəfə isə Türk Evində görüşü olduğunu bildirib. O, bu üzbəüz görüşlərdən əlavə dəfələrlə telefon əlaqələrinin də olduğunu qeyd edib.
“Hər iki ölkənin dəyərli töhfələri ilə biz bu gün razılaşdığımız birgə bəyannamə mətnini hazırlamışıq. Bu birgə bəyannamədə keçmişə deyil, gələcəyə diqqət yetirilir və bizim üçün çox vacib olan bu iki dost ölkənin bundan sonra quracağı prinsiplər qeyd olunur”, - Ərdoğan ifadə edib.
“Ümid edirəm ki, razılaşdırılmış birgə bəyanat regionda hörmət əsasında əməkdaşlıq, iqtisadi inkişaf və rifahın təməlini qoyacaq”, - Türkiyə lideri əlavə edib.
268 dəfə oxundu