Naxçıvanda məktəblər açılıb

Naxçıvanda məktəblər açılıb
Bu gündən Naxçıvan Muxtar Respublikasında məktəblərin bütün sinifləri üzrə tədrisə başlanılıb.

“Report”un xəbərinə görə, sentyabrın 15-də muxtar respublikanın ümumtəhsil müəssisələrində ənənəvi dərslərə start verilib.

Məktəblərin açılması ilə bağlı qərar Naxçıvan MR-də yoluxma sayının az və epidemioloji vəziyyətin sabit olmasına əsasən qəbul edilib.

Əvvəlki dövrdən fərqli olaraq bu il üçün məktəblərdə tədris ikinövbəli həyata keçiriləcək. Buna səbəb pandemiya şəraiti ilə əlaqədar şagirdlərin parta arxasında tək oturdulmasıdır.

Qeyd edək ki, bu gün - sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür. Pandemiya şəraiti ilə əlaqədar 2021/2022-ci tədris ilinin başlama tarixi dəyişdirilib. Ölkədə aşağı siniflər üçün dərslər sentyabrın 22-də, ali təhsil və orta ixtisas təhsil müəssisələrində isə sentyabrın 29-da başlayacaq.

Buna baxmayaraq, Bilik Günü ənənəvi qaydada sentyabrın 15-də qeyd olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
388 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...