Azərbaycanda koronavirusa uşaqlar da yoluxur: Uşaq bağçası bağlandı

Azərbaycanda koronavirusa uşaqlar da yoluxur:
Ucar Rayon İcra Hakimiyyətinin Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Zeynalovun sözlərinə görə, yoluxanlar arasında azyaşlı uşaqlar və bağçanın əməkdaşları da var.

Azərbaycanda uşaq bağçası koronavirusa (COVID19) yoluxma səbəbindən bağlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Ucar Rayon Qaradağlı kənd uşaq bağçasında həm azyaşlılar həmçinin də bağçanın işçiləri arasında COVID-19-a yoluxma faktı qeydə alınıb. Bu səbəbdən də bağça karantinə alınıb. Sputnik Azərbaycan məlumatı dəqiqləşdirmək üçün Qaradağlı kənd uşaq bağçasının direktoru Ziynət Şamilova ilə əlaqə saxlasa da, xanım direktor mobil telefonuna cavab verməyib.

Ucar Rayon İcra Hakimiyyətinin Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Zeynalov faktı Sputnik Azərbaycan-a açıqlamasında təsdiqləyib. O, bildirib ki, bağçada COVID-19-a yoluxma fevralın 26-da qeydə alınıb: "Ötən həftənin 5-ci günündən bağça koronavirusa yoluxma səbəbindən bağlanıb. Bağçada 8 nəfərdə virusa yoluxma faktı qeydə alınıb. Onların içərisində azyaşlı uşaqlar və bağçanın əməkdaşları da var. Məktəbəqədər təhsil müəssisəsində dezinfeksiya işləri aparılaraq virusa yoluxanlar karantinə alınıb".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
875 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...