İsmayıllıda karantin qaydalarının pozulduğu oyun zalı aşkar edilib

İsmayıllıda karantin qaydalarının pozulduğu oyun zalı aşkar edilib

İsmayıllıda polis əməkdaşları şəhər ərazisində xidmət aparan zaman karantin qaydalarının pozulduğu oyun zalı aşkar edilib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, içərilərində azyaşlılar da olmaqla 20-yə yaxın şəxsin “PlayStation” zalında tibbi maskadan istifadə etmədən, eləcə də ara məsafəsini gözləmədən əyləşdikləri müəyyən olunub.

Obyekti işlədən şəxsə və müştərilərə qaydalar izah edilib, icarədar və on beş müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
199 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...