Azərbaycanda bu il sellərin olma ehtimalı böyükdür

Azərbaycanda bu il sellərin olma ehtimalı böyükdür

Azərbaycanda sel hadisələri, əsasən, Böyük Qafqazın cənub yamacında, Naxçıvan Muxtar Respublikası ərazisində, Kiçik Qafqazın şimal və şərq yamaclarında baş verir.

Baku Tv xəbər verir ki, meşələrin qırılması, yaylaqların, otlaqların həddən artıq yüklənməsi sellərin daha tez-tez yaranmasına gətirib çıxarır. AMEA-nın Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov bildirir ki, sel adətən Azərbaycan ərazisində iyun ayında, sentyabrın axırı, oktyabr ayının əvvəlləri daha çox müşahidə edilir:

“Həmin aylar bizdə güclü leysan yağışlarının müşahidə olunduğu dövrlərdir. İndi Azərbaycanda, demək olar ki, hər il sel gəlir. Bu il də istisna deyil. Yəqin ki, qarşıdakı aylarda yenə sellər müşahidə olunacaq”.
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
128 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...