Gəncədə gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlandı

Gəncədə gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlandı

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan "Report"a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən vətəndaş Fətəli Əliyevin icarə əsasında işlətdiyi “Disney_kids_school” uşaq tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. F. Əliyev və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
58 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...