Bakıda yaşayış binasının yaxınlığında daha üç ilan zərərsizləşdirildi - FOTOLAR

Bakıda yaşayış binasının yaxınlığında daha üç ilan zərərsizləşdirildi -


Bakının Binəqədi rayonu, А.Kunanbayev küçəsi, 9/25 ünvanında yaşayış binasının ətrafında ilanların peyda olması ilə bağlı məlumat vermişdik.

Sözügedən ünvanda yenidən ilanlar peyda olub. Belə ki, sakinlərin müraciəti əsasında nəzarətə götürülən ərazidə daha üç ilan zərərsizləşdirilib.

Bu barədə Oxu.Az-a Binəqədi Mənzil Kommunal Təsərrüfatı Birliyindən (MKTB) məlumat verilib.

Məlumatda qeyd olunub ki, sözügedən ərazidə ilk müraciətdən sonra dezinfeksiya işləri aparılıb:

“İlanların peyda olması ilə bağlı məlumat əsasında ərazi nəzarətə alınıb. Mütəmadi dezinfeksiya işləri və yoxlamalar aparılıb. Mayın 23-dən bu günə qədər gün ərzində iki dəfə olmaqla, ərazi dezinfeksiya məhlulu ilə yuyulur.

Son olaraq ərazidən daha üç ilan zərərsizləşdirilərək götürülüb. Binəqədi Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) əməkdaşları, eləcə də gəmiricilərə və zəhərli heyvanlara qarşı dezinfeksiya işləri aparan “Banu-L” MMC tərəfindən ərazidə zəruri tədbirlər görülür”.

Bakıda yaşayış binasının yaxınlığında daha üç ilan zərərsizləşdirildi -
Bakıda yaşayış binasının yaxınlığında daha üç ilan zərərsizləşdirildi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
475 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...