Koronavirus bank kreditlərinə də təsir göstərir

Koronavirus bank kreditlərinə də təsir göstərir

“Yelo Bank” ASC COVID-19 pandemiyasının fəsadlarına görə götürdükləri kreditləri qaytarmaqda çətinlik çəkən müştərilərinə kreditin əsas məbləğini qaytarmaları üçün möhlət verir.

“Report” xəbər verir ki, bu barədə “Yelo Bank”ın idarə heyətinin sədri Nikoloz Şurqaia brifinq zamanı bildirib.

“Gözlədiyimizin əksinə olaraq fərdi müştərilərimiz kreditləri qaytarmaqda işgüzar sektora nisbətən daha az çətinliklə qarşılaşır. Bu cür çətinliklər hökumətin də pandemiyadan ən çox zərər çəkmiş kimi göstərilən turizm və digər sektorlarda özünü göstərir”, - bank rəhbəri deyib.

O, müştərilərə güzəştə gedərək lazım gələndə kreditin əsas məbləğinə dair ödəmələr üçün 3 aylıq möhlət verdiklərini qeyd edib: “Hətta iri müştərilərimizdən biri üçün mart – may dövrünə ödəmələrdə 4 dəfə güzəşt etmişik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
494 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...