MSK daha bir məntəqənin nəticəsini ləğv etdi

MSK daha bir məntəqənin nəticəsini ləğv etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 63 saylı Sabirabad birinci seçki dairəsindən daxil olan müraciətə baxılıb.

Modern.az xəbər verir ki, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.

O qeyd edib ki, müraicət həmin dairədən qeydə alınmış namizəd Qiyas Sadıqov tərəfindən ünvanlanıb. MSK üzvünün sözlərinə görə, araşdırma zamanı namizədin pozuntuların qeydə alınması haqqında iddiaları təsdiqini tapmayıb. Yalnız 28 saylı seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar yaşanıb. MSK üzvünün təklifi, Komissiyanın ekspert qrupunun rəyi əsasında 28 saylı seçki məntəqəsində seçkilərin nəticələri etibarsız sayılıb.

Qeyd edək ki, həmin dairədən lider namizəd Kamal Cəfəovdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
451 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...