Ukrayna PUA-larla Adıgeyə hücum edib, hərbi aerodrom vurulub

Ukrayna PUA-larla Adıgeyə hücum edib, hərbi aerodrom vurulub
Ukrayna PUA-larla Rusiyanın Adıgey Respublikasında yerləşən hərbi aerodroma hücum edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, PUA hücumundan sonra aerodrom ərazisində yanğın başlayıb. Nəticədə hərbi aerodroma bitişik olan qəsəbə təxliyə olunub.

Adıgeyin rəhbəri Murad Kumpilov bildirib ki, Maykop ətrafı Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb və yanğın baş verib. Onun sözlərinə görə, aerodroma bitişik olan Rodnikovıy qəsəbəsinin sakinləri təxliyə olunur.

1,3 min nəfər insanın təxliyə edildiyi bildirilir.

Kumpilov PUA hücumu nəticəsində xəsarət alanların olmadığını söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
218 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...