Boğazına ip bağlayıb gəzdirdilər, qayınanasının ayağından öpdürdülər - Azərbaycanda rəzalət

 Boğazına ip bağlayıb gəzdirdilər, qayınanasının ayağından öpdürdülər -
Gədəbəydə həmkəndlisini alçaldan şəxslər saxlanılıblar.

Gundeminfo.az oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Arıqıran və Əyrəvəng kəndlərinin ərazisində qeydə alınıb.
Belə ki, iyunun 1-i saat 15 radələrində rayonun Çobankənd kənd sakini Səddam Əliyev, Arıqıran kənd sakinləri Təgin Əliyev və Cəbrayıl Hüseynov həmkəndliləri N.Kazımovu döyərək boğazına ip keçirib.
Daha sonra N.Kazımovu dartaraq kənd ərazisində gəzdirib və S.Əliyevin qayınanasının ayağından zorla öpdürərək əzab veriblər.
Polis əməkdaşları tərəfindən S.Əliyev, T.Əliyev və C.Hüseynov tutulublar.
Faktla əlaqədar cinayət işi başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
395 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...