Ermənistan Ruslan Pənahovu Azərbaycana təhvil verəcək

Ermənistan Ruslan Pənahovu Azərbaycana təhvil verəcək
Ermənistanla Azərbaycan arasında əldə olunmuş ən yüksək səviyyədə razılığa əsasən, Ruslan Pənahov ölkəmizə təhvil veriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan İstintaq Komitəsi tərəfindən azərbaycanlı hərbçi Ruslan Pənahova qarşı cinayət işinə xitam verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Armenia today” məlumat yayıb.

Qeyd olunub ki, Pənahovun azaraq erməni mövqeləri yaxınlığında qalması ilə bağlı faktiki məlumatlar əldə edilib.

Xatırladaq ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Ətraflı
Ad - 00:12

Bundan sonra o, Ermənistan hərbçiləri tərəfindən saxlanılıb. Onun barəsində bir neçə uydurma ittiham üzrə cinayət işi başlanılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
252 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...