Azərbaycan-Türkiyə əlaqələri yeni mərhələyə keçir

Azərbaycan-Türkiyə əlaqələri yeni mərhələyə keçir


Fevral ayının 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirmişdir. Həmin konfransda Prezident bir ilkə imza ataraq, 4 saat ərzində 35 beynəlxalq və yerli jurnalistlərin 50-dən çox suallarını cavablandırmışdır. Konfrans zamanı dövlət başçısı Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi hörmətlə yanaşdı.

44 günlük II Qarabağ Müharibəsi zamanı qardaş Türkiyənin dövlət rəhbərləri və xalqı Azərbaycanın haqq işini axıra qədər dəstəklədi və hələ də bu dəstək davam edir. bildiyimiz kimi, Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyəti noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapmışdır. Orada dəqiq göstərilmirdi ki, bu Rusiya-Türkiyə Monitorinq Mərkəzi olacaq. Amma Bəyanat razılaşdırılanda bu müəyyən edilmişdi.

Bu monitorinq mərkəzini Azərbaycan öz vəsaiti hesabına Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında tikdi. Artıq monitorinq mərkəzi fəaliyyət göstərir və bunun əsas məqsədi post-müharibə dövründə nəzarət etmək, pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinq aparmaqdır ki, bu münaqişə zonasında hər hansı bir qarşıdurma olmasın. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması bölgəmizdə sabitliyin qorunması sahəsində çox önəmli addımdır.
Türkiyə bu gün dünya miqyasında yeni bir güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə də müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir. Keçən il 10 noyabr tarixli Bəyanatın bir bəndi Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılması barədə idi. Buna görə də böyük planlar var və onlar reallaşacaqdır.

Azərbaycan Türkiyədən mina təmizləmə işini xeyli asanlaşdıracaq müasir texnika almışdır. Müharibədən sonrakı dövr yeni imkanlar açır. Əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır. Avrasiyanın yeni bir “nəqliyyat damarı” açıla bilər.

Azərbaycan Prezidenti ilham Əliyev Türkiyə, Rusiya və İran dövlət başçıları ilə görüşləri və fikir mübadiləsi onu deməyə əsas verir ki, onlar ortaq mövqedən çıxış edirlər. Əgər Ermənistan da bu məsələ ilə bağlı eyni yanaşma sərgiləyərsə, onda o da proseslərin tərkib hissəsi ola bilər. Azərbaycan və Türkiyə ilə əməkdaşlıq olmasa, Ermənistanın bərpa üçün sadəcə, resursu yoxdur. Onlar hər tərəfdən sıxılmış vəziyyətdə necə yaşayırdılarsa, elə də yaşayacaqlar.

Qarabağın yenidənqurma işlərində Türk şirkətləri yaxından iştirak edir. bi sahədə ilk kontraktlar məhz Türkiyə şirkətləri ilə imzalanıb. Görüləcək işlərin həcmi çox böyükdür. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti ilə bu barədə dəfələrlə danışmışdır. Təbii ki, bu işlər birgə görüləcəkdir.

Məlumunuz olduğu kimi, Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri işə başlayıblar. Bu yol çox mürəkkəb, çətin bir ərazidən keçir, orada tunellər qazılmalıdır. Artıq ilkin razılaşmalar əldə edilib. Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan müxtəlif inşaat layihələrində iştirak ediblər.

Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində olan əməkdaşlıq daha da genişlənir. Müharibə dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin keyfiyyətini gördü. Bu, artıq dünya üçün sirr deyil. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə etdi və qələbənin əldə olunmasında onların da payı vardır. Türkiyə tərəfi ilə yeni kntraktlaro imzalanıb, Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə olunmuşdur. Bu isə gələcəkdə hərbi gücümüzü daha çox gücləndirəcəkdir.

Türkiyə-Azərbaycan birgə hərbi təlimləri müntəzəm olaraq keçirilir. 2019-cu ildə ondan çox hərbi təlimlər keçirilmişdir. Keçən il pandemiyaya görə az keçirilmişdir. Builki birgə hərbi təlimlər Qars şəhərində keçirilmişdir. Müxtəlif sahələrdə, o cümlədən, hərbi sahədə də əməkdaşlıq davam etdiriləcəkdir. Türkiyə Ordusu NATO-da güc baxımından ikinci ordudur. Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli-praktiki işlərə start verilmişdir.

Azərbaycan yeni vəziyyəti nəzərə alaraq Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına da müsbət baxır. Konfransda Prezident bildirdi ki, Türkiyə özü müəyyən edəcəkdir ki, Ermənistan ilə sərhədlər nə zaman açıla bilər və əlaqələr nə zaman normallaşa bilər. Azərbaycan tərəfindən buna necə deyərlər, hər hansı bir mənfi fikir olmayacaq.

Bölgənin sabitliyi, uzunmüddətli sülh üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır. Ermənistan-Azərbaycan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına da təbii ki, ehtiyac qalmır. Ermənistan ilə sərhədlərin açılması əgər Türkiyənin xeyrinə olacaqsa, deməli, bu həm də Azərbaycanın xeyrinədir.

“Bakı Avrasiya” Universitetinin məzunu, fəal gənc – Mehriban Xəlilli



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
701 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...