Sərt karantin dövründə 17 milyon SMS-ə mənfi cavab verilib

Sərt karantin dövründə 17 milyon SMS-ə mənfi cavab verilib


Elektron Hökimətin İnkişafı Mərkəzi (EHİM) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə yaradılan “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzərindən 1 milyon 270 mindən çox vətəndaşın və 139 mindən artıq qurumun fəaliyyətinə icazə verilib.

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) 2020-ci ilin yekunlarına həsr olunan hesabatında bildirilib.

Hesabata görə, ötən il ərzində vətəndaşlardan SMS icazə sisteminə 112 milyondan artıq SMS daxil olub və 95 milyon müraciətə müvafiq icazələr verilib:

"Əhali tərəfindən geniş istifadə olunan “myGov”, “e-Gov” elektron hökumət portalları, “ASAN Login” vahid giriş sistemi haqqında geniş söhbət açılıb. Bildirilib ki, 2020-ci ilin yekunlarına görə “ASAN Login” istifadəçilərinin sayı 2019-cu il ilə müqayisədə 3 dəfədən çox artaraq 1 milyon 741 min təşkil edib. “E-Gov.az” portalında 38 qurum tərəfindən təqdim edilən 443 elektron xidmət üzrə qeydiyyat sayı isə 175 min artaraq yekunda 1 milyon 266 min təşkil edib. İnteqrasiya edilən sistemlərlə birgə 700-dən artıq elektron xidmətə çıxışı təqdim edən “myGov” portalında isə istifadəçi sayının 2019-cu illə müqayisədə 10 dəfə artaraq 433 min olub. 2020-ci ildə “myGov”da xidmətlərdən istifadə sayı 2019-ci ilə nisbətən təqribən 15 dəfə artaraq 11 milyon 500 min təşkil edib. İl ərzində “myGov” portalı vasitəsilə vətəndaşlara 3 milyon 200 mindən çox bildiriş göndərilib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
480 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...