Aİ-də dərman çatışmazlığı rekord həddə çatıb

Aİ-də dərman çatışmazlığı rekord həddə çatıb
Avropa İttifaqı ölkələrində dərman çatışmazlığı gündən-günə daha da kəskinləşir və ötən il rekord səviyyəyə çatıb.
Yeniavaz.com “Euronews”a istinadla xəbər verir ki, bu barədə Auditorlar Məhkəməsinin hesabatında qeyd olunub.
Bildirilib ki, problemin əsas səbəblərindən biri bu sahədə ümumavropa səviyyəli nəzarət mexanizminin olmaması və ayrı-ayrı ölkələrin qanunvericiliklərində ciddi fərqlərin mövcudluğudur.
“2022–2024-cü illərdə Avropa Dərman Agentliyinə (EMA) dərmanların kritik çatışmazlığı ilə bağlı 136 hadisə barədə məlumat verilib. Bu ilin mart ayına olan məlumata görə isə 34 dərmanın çatışmazlığı qeydə alınıb, onların 16-sı Avropa Komissiyasının zəruri dərman siyahısında yer alır.
Dərmanlar bu siyahıya istehsal problemləri, tələbatın kəskin artması və ya istehsalçının məhsulu satışdan çıxarmaq qərarı səbəbilə – yəni təchizatı müvəqqəti və ya daimi məhdudlaşdıran hər hansı amil üzündən salınır.
Çatışmazlıq siyahısına həyati vacib dərmanlar daxildir: məsələn, trombolitiklər, amoksisilin antibiotiki və sianid zəhərlənməsinə qarşı antidotlar”, - hesabatda qeyd olunur.
Bildirilir ki, problem illərdir mövcuddur və Avropa İttifaqı vacib dərmanlarla bağlı qanunlar qəbul etməklə bir sıra ciddi addımlar atıb, lakin vəziyyət yaxşılaşmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
52 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...