"Amal Qrup" MMC-nin ÖZBAŞINALIĞI - Təhçizatçılar Qubadlıda gördükləri işin ödənişini almaq üçün rəsmi qurumlardan imdad diləyirlər
Artıq bir ildir ki, "Amal Qrup" işini gördürdüyü şirkətin, təhçizatçıların ödənişlərini ödəmək istəmir. Səbəbi bilən varmı? Əlbəttdə ki, xeyr!
Bu müddət ərzində "Amal Qru"pa rəsmi və qeyri-rəsmi xəbərdarlıqlar olunub, ölkə rəhbərliyinə şikayətlər göndərilib. Məsələ burasındadır ki, verdiyi vədə əməl etməyən Amal Qrup" MMC-nin direktoru Orxan İbrahimli, görünür, söykəndiyi qüvvələrə arxayındır ki, bir ildən artıqdır borcu olduğu subpodratçı şirkətin pulunu ödəmək istəmir.
"Amal Qrup" MMC bir çox iri layihələr və tenderlərin qalibi elan olunub. Şirkətin direktoru Orxan İbrahimli əvvəlcə subpodratçı şirkətə ödənişinin olduğunu etiraf etmək əvəzinə, "Upsilon" MMC-dən şikayətçi olacağını bildirib. Burda deyiblər: "adımı sənə qoyum, səni də yana yana qoyum".
Adam pulunu qaytarmaq əvəzinə, iş icraçısı şirkətlə problemi çözmək deyil, hədələmək yolunu seçib. Məqsəd də bəllidir. Hədə-qorxu gələrək, şirkəti qorxudub ödənişdən vaz keçməsinə səbəb olsun.
Artıq 13 aydır ki, "Upsilon" MMC dövlət rəsmilərinin qapısını döyərək, müxtəlif qurumlardan dəstək istəyir. Bu işin hüquqi yolu olsa da, məsələnin məhkəmələrə düşəcəyi, qarşı tərəfin də etirazları ilə prosesin uzanacağı ehtimal edildiyindən, şirkətin təsisçisinə, direktoruna rəsmi və qeyri-rəsmi mesajlar göndərlib, müraciətlər edilib. Amma nə fayda ? Orxan İbrahimli "burda mənəm Bağdadda kor xəlifə" misalı ilə davranaraq, öz ‘‘prinsipiallığına’’ davam edir. Əvvəlcə ‘‘möhtərəm’’ direktor rəsmi faktlara baxmayaraq subpodartçı şirkətə ödənəcək məbləği ödəməməklə yanaşı, "Upsilon" MMC-yə məxsus inventoru girov götürərək, şikayətdən və borcdan imtina qarşılığında inventorları da geri verəcəyini bildirirdi. Rəsmi edilən şikayətlərdən, məsələnin ictimailəşməsindən sonra "Amal Qrup" rəhbərliyi, nəhayət, inventoru bu ilin mart ayında "girovluqdan" azad etdi. Borcun təxminən 10 %-ni ödədi.
Sözlər verilmişdi ki, bu borc yaxın günlərdə tam həll olunacaq. Amma yenə də "Amal Qrup"un direktoru Orxan İbrahimli öz iddiasından və hikkəsindən əl çəkmək bilmir. İlkin ödənişdən sonra "Amal Qrup"la bölgənin tikintisi və bərpasında məsul olan "Şərqi Zəngəzur Tikinti Bərpa" qurumunun təşkilatçılığı ilə görüş keçirildi, ümid edildi ki, borclar tam ödənəcək. Bundan sonra bir neçə görüşlər keçirilməsinə, rəsmi sənədlər, qaimələr təqdim edilməsinə baxmayaraq "Amal Qrup" rəhbərliyi real addım atmaq istəmir.
Bu gün inşaat gedən Qubadlı rayonu Zilanlı kəndi ərazisinə mal, material aparan, texnika icarəyə verən təhçizatçılar ciddi narazıdırlar. İnsanlar min bir əziyyətlə inşaat bölgəsinə apardıqları təhçizatın pulunu ala bilmirlər. Artıq son dərəcə ağır maddi böhran keçirən təhçizatçılar yaxında "Amal Qrup"un ofisinin yerləşdiyi binanın qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırlar.
42 dəfə oxundu