Paraüzgüçümüz dünya çempionu oldu

Paraüzgüçümüz dünya çempionu oldu
Üç qat paralimpiya çempionu Raman Salei (S12 kateqoriyası) Sinqapurun eyniadlı paytaxtında keçirilən paraüzgüçülük üzrə dünya çempionatının qalibi olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İdmançı yarışın ilk günündə 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl medal qazanıb.
Qeyd edək ki, dördüncü dəfə dünya çempionu olan R.Salei sentyabrın 27-nə qədər davam edəcək yarışda 100 metr məsafəyə sərbəst, “butterfly” (kəpənək) və 50 metr məsafəyə sərbəst üzmə üsullarında da mübarizə aparacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
52 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...