Dünyanın ən təhlükəsiz və ən təhlükəli şəhərləri hansılardır? – Siyahı

  Dünyanın ən təhlükəsiz və ən təhlükəli şəhərləri hansılardır? –
Dünyanın ən təhlükəli şəhəri Cənubi Afrika Respublikasında (CAR) ikinci ən böyük yaşayış məskəni olan Pietermaritzburq şəhəridir.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat məşhur “Numbeo” portalında yer alan “Şəhərlər üzrə Təhlükəsizlik İndeksi 2025” (“Safety Index by City 2025”) adlı hesabatda yer alıb.

Bildirilir ki, təhlükəsizlik indeksi hazırlanarkən baş verən cinayətlərin ümumi səviyyəsi, gündüz və gecə vaxtı təhlükəsizlik hissi, xüsusi cinayətlərlə bağlı narahatlıqlar (quldurluq, soyğunçuluq, avtomobil oğurluğu, fiziki hücumlar, ictimai qısnama və s.) nəzərə alır.
Hesabatda qeyd olunur ki, 385 şəhərin yer aldığı siyahıya Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi başçılıq edir. Əbu-Dabi dünyanın ən təhlükəsiz şəhəri hesab olunur. Bu şəhərdə təhlükəsizlik səviyyəsi 100 ballıq şkalada 88,8-dir.
Sonuncu sırada, qeyd etdiyimiz kimi, Pietermaritzburq şəhəri qərarlaşıb ki, bu şəhərin təhlükəsizlik əmsalı 100 ballıq şkalada 17,3-ə bərabərdir.
Hesabatda Azərbaycanın paytaxtı Bakı da yer alıb. Bakı təhlükəsizlik səviyyəsinə görə 385 ölkə arasında 79-cu sırada qərarlaşıb. Bakının təhlükəsizlik indeksi 69,7 olub.
Dünyada təhlükəsizlik səviyyəsinin ən az və ən çox olduğu 10 şəhər, həmçinin region ölkələrinin paytaxtlarının təhlükəsizlik səviyyəsi belə olub:
İlk (ən təhlükəsiz) onluq:
1. Əbu-Dabi (BƏƏ) – 88,8;
2. Əcmən (BƏƏ) – 85,4;
3. Doha (Qətər) – 84,3;
4. Dubay (BƏƏ) – 83,9;
5. Ras Əl-Xayma (BƏƏ) – 83,8;
6. Şarja (BƏƏ) – 83,7;
7. Taypey (Tayvan) – 83,6;
8. Muskat (Oman) – 81,1;
9. Haaqa (Niderland) – 80;
10. Tampere (Finlandiya) – 79,6.

Region ölkələrinin paytaxt şəhərlərinin siyahıdakı yerləri:
19. Tallin (Estoniya) – 78,2;
27. İrəvan (Ermənistan) – 77,4;
48. Tblisi (Gürcüstan) – 74,5;
56. Daşkənd (Özbəkistan) – 73,5;
79. Bakı (Azərbaycan) – 69,7;
122. Moskva (Rusiya) – 64,7;
153. Ankara (Türkiyə) – 60,7;
170. Kişinyov (Moldova) – 57,8;
196. Kiyev (Ukrayna) – 54,7;
244. Minsk (Belarus) – 49,5;
267. Almata (Qazaxıstan) – 46,5;
301. Tehran (İran) – 42,9.

Ən təhlükəli 10 şəhər:
376. Salvador (Braziliya) – 23,3;
377. Memfis (ABŞ) – 22;
378. Port-Elizabet (CAR) – 21,7;
379. San Pedro Sula (Honduras) – 20,6;
380. Durban (CAR) – 19,6;
381. Yohannesburq (CAR) – 19,2;
382. Karakas (Venesuela) – 18,7;
383. Port Morsbi (Papua-Yeni Qvineya) – 18,6;
384. Pretoriya (CAR) – 18,2;
385. Pietermaritzburq (CAR) – 17,3.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
29 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...