Azərbaycanlılar bu ölkədə 1 ildə 1300-ə yaxın ev alıblar

Azərbaycanlılar bu ölkədə 1 ildə 1300-ə yaxın ev alıblar


Azərbaycanlılar Türkiyədə mənzil almaqda davam edir.

“Marja” Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ildə azərbaycanlılar Türkiyədə 1279 mənzil alıblar. 2019-cu ildə azərbaycanlılar Türkiyədə 1191 mənzil almışdılar.

Azərbaycanlılar ötən ilin dekabr ayında Türkiyədə 155 mənzil alıblar. 2019-cu ilin eyni ayında bu say 146 idi.

Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 6-cı yerdədir.

Azərbaycanlılar Türkiyədə 2016-da 610 mənzil, 2017-ci ildə 942 mənzil, 2018-ci ildə 1250 mənzil, 2019-cu ildə 1191 mənzil alıblar. Son 5 ildə (2016-2020) azərbaycanlılar Türkiyədə 5272 mənzil alıblar.


Azərbaycanlılar bu ölkədə 1 ildə 1300-ə yaxın ev alıblar



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
472 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...