Jurnalistlər üçün tikilən bina 2016-cı ilin sonunda təhvil veriləcək

Jurnalistlər üçün tikilən bina 2016-cı ilin sonunda təhvil veriləcək

Bina 2016-cı ilin sonunda KİV nümayəndələrinə verilə bilər. Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Bakının Səbail rayonu, Yeni Salyan yolu 22 ünvanında media nümayəndələri üçün inşa edilən ikinci binanın nə vaxt təhvil veriləcəyini açıqlayıb.

V.Səfərli Publika.az-a açıqlamasında deyib ki, sözügedən bina 2016-cı ilin sonunda KİV nümayəndələrinə verilə bilər: “Bu il qeyd ediləcək mətbuatın 140 illik yubileyi ərəfəsində jurnalistlərə mənzillər paylanmayacaq. Çünki hazırda bina hələ tam hazır deyil. Binanın gələn ilin sonunda təhvil verilməsi planlaşdırılır. Yəqin ki, gələn il binanın tam hazır olmasına 1-2 ay qalmış mənzillərlə bağlı müvafiq sənədlərin yığılması elan ediləcək. İnşallah gələn ilin sonuna bu mümkün olacaq”.


V.Səfərli həmçinin qeyd edib ki, Milli Mətbuatımızın 140 illiyi ilə bağlı tədbirlər planı artıq Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən təsdiq olunub: “Ayın 1-dən etibarən tədbirlərin keçirilməsinə start verilib. Tədbirlər Planına uyğun olaraq iyunun 29-da Bakı Dövlət Universitetində “Azərbaycanın Milli Mətbuatı 140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda elmi-konfrans keçiriləcək.
Bundan əlavə, iyulun 1-10-u tarixləri arasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans təşkil olunacaq. İyulun 1-dən 22-dək isə Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) tərəfindən Milli Mətbuatımızın 140 illiyik yubileyinə həsr olunan silsilə materiallar hazırlanacaq.

Tədbirlər Planına əsasən, iyulun 1-də Zərdab və ətraf rayonlarda, iyulun 4-də Gəncə və ətraf rayonlarda, iyulun 8-də Qəbələ və ətraf rayonlarda, iyulun 13-də Masallı və ətraf rayonlarda, iyulun 16-da Quba və ətraf rayonlarda, iyulun 20-də Naxçıvan Muxtar Respublikasında, həmçinin, iyulun 1-dən 20-dək Bakı şəhərində 22 iyul – Azərbaycanda Milli mətbuat gününün 140 illik yubileyi ilə bağlı silsilə tədbirlər təşkil olunacaq”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1794 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...