Azərbaycanda uşaq adları: Fətullah, Gülən, Nurçu

Azərbaycanda uşaq adları:


Son illər hansısa axına qoşulan bir sıra valideynlər övladlarına elə adlar qoyurlar ki, sonradan bu, həm özlərinə problem yaradır, həm də uşaqlara...

Gundeminfo.az modern.az-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyindən əldə edilən məlumatlardan görünür ki, Azərbaycandakı bəzi ailələrdə uşaqlara elə adlar qoyulub ki... Gəlin diqqət yetirək...

Sən demə, Azərbaycanda bəzi ailələr Türkiyədə terrorçu hərəkat (FETÖ) elan edilmiş nurçu kəsimin "Hizmət" şəbəkəsinin lideri Fətullah Gülənin dini moizələrindən elə təsirləniblər ki, hətta yeni doğulan uşaqlarına da onun adlarını verməkdən xoşhal olublar.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, son 5 ildə Azərbaycanda 5 nəfər uşağa Fətullah adı qoyulub.

Hələ bu harasıdır, rəsmi məlumata görə, son 5 ildə ölkəmizdə yeni doğulan 7 uşağa Gülən adı qoyublar. Son 5 ilə 1 uşağa isə Nurçu adı verilib. Bu, hazırda içində olduğumuz 2016-cı ildə baş verib. Son 5 ildə Azərbaycanda 796 uçağa Nur adı verilib, 1 nəfər yeni doğulana isə Fəthullah adı qoyulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
788 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...