Məllimlərdən nazirliyə etiraz: Sertifikasiya nəticələri ləğv ediləcək? - FOTOLAR

Məllimlərdən nazirliyə etiraz: Sertifikasiya nəticələri ləğv ediləcək? -
İyunun 24-də keçirilən sertifikasiya imtahanın nəticələrindən şikayətçi olan bir qrup kimya müəllimi iyulun 1-də Elm və Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.

Müəllimlər bildiriblər ki, imtahan sualları proqrama uyğun tərtib olunmayıb. Müəllimlər sualların həddən artıq riyaziləşdirildiyini qeyd ediblər. Kimya müəllimləri araşdırma aparılmasını, imtahanın yenidən ədalətli şəkildə təşkilini tələb ediblər.

Müəllimlərdən biri bildirib ki, ETN-nin əməkdaşları Həcər Hacıyeva və Vüsal Həsənov onları qəbul edib, fikirlərini dinləyiblər, lakin bir həftə keçməsinə baxmayaraq, yekun nəticə barədə onlara heç nə deyilmir.

Müəllimlər bildiriblər ki, əgər imtahan yenidən keçirilməsə, məhkəməyə müraciət edəcək, haqlarını sona qədər qoruyacaqlar. Qeyd edək ki, son sertifikasiya, xüsusilə kimya fənni üzrə test imtahanından sonra müəllimlərin bir qismi bu imtahanın təşkili ilə bağlı öz etirazlarını bildirirlər. Sosial şəbəkələrdə də müəllimlər məhz kimya fənni ilə bağlı imtahanın düzgün təşkil olunmamasından şikayətlənirlər. Məsələn, Cəlilabad şəhər 9 nömrəli məktəbin müəllimi Pərviz Vəkilov yazıb:

“Hörmətli Elm və Təhsil Nazirliyi! Kimya müəllimlərinin sertifikasiya imtahanı ilə bağlı bir çox qaranlıq qalan suallar və narazılıqlarından xəbərdarsız. Müəllimlərin gələcəyi üçün vacib olan bu prosesin daha şəffaf və ədalətli keçirilməsini gözləyirik. Müəllimlər sadəcə yoxlanmalı deyil, eyni zamanda dəyərləndirilməli və təşviq olunmalıdır.

Təhsil Nazirliyinin müəllimlərin səsini dinləməməsi və ya dolayısı ilə "yalan danışırlar" deməsi müəllimlərin dəyərləndirilməməsi deməkdir. Hörmətli cənab nazir, statistik təhlil göstərir ki, digər fənlərdə 50+ toplayan müəllimlərin sayı 50-60 % olduğu halda, kimya fənnində bu göstərici cəmi 15%-dir. Bu, bərabər imkanların pozulması deməkdir.

İmtahana salınmış suallar vaxta uyğun deyildi, riyazi hesablamaların çoxluğu iki saat intervalında həllə maneə yaradırdı. Sertfikasiya imtahanının məsuliyyəti də biz müəllimlərdə xüsusi həyəcana səbəb olmuşdu. Biz bu prosesin təkmilləşdirilməsini, müəllimlərin rəyinin nəzərə alınmasını və psixoloji təzyiqin azaldılmasını arzulayırıq. İctimaiyyətə açıq şəkildə bildiririk ki, müəllimin susması razılıq deyil, yorğunluğun səsidir”.

Digər bir müəllim Sabir Hüseynov isə bildirib:

“Nazirlikdən ədalətli mövqe nümayiş etdirilməsini gözləyirik. Kimyadan sertifikasiya imtahan sualları araşdırılsın. İmtahan formatına qiymətləndirmə meyarlarına verilmiş vaxt çərçivəsinə uyğun olmadığı nəzərə alınsın. İmtahan təkrar olaraq ədalətli və şəffaf şəkildə keçirilsin”. Aslan Hacızadə adlı müəllim isə yazıb:

“Diğər fənlərlə müqayisədə bərabər imkanlar prinsipi gözlənilmədi, yanımızda biologiya müəllimi bir saata çıxıb 55 bal topladı, mən isə iki saat eşələnib 50 bal topladım, sonda vaxt bitdi, heç nə edə bilmədim, digər fənlərə 90 faiz nəzəriyyə sualları salınır, bizdə isə nəzəriyyə 50 faiz idi, qalanları da riyaziləşmiş, çətinləşdirilmiş ulduzlu məsələlər oldu. Bu haqsızlığa hələ də ədalətli reaksiya yoxdur , sertifikasiya qaydalara uyğun yenidən keçirilsin”.

Günel Nurəliyeva isə yazıb:

“Kimya suallarını elan edin. Kimya müəllimlərinin bu qədər haqlı etirazları niyə cavabsız qalır?”

Natavan Eyyubova “Kimyaya ədalət”,- deyə qeyd edib.

Qeyd edək ki, 2000 nəfərdən çox müəllim təkrar sertifikasiyadan keçə bilməyib və onların da işlərinə də xitam verilməsi gözlənilir.

Məllimlərdən nazirliyə etiraz: Sertifikasiya nəticələri ləğv ediləcək? -
Məllimlərdən nazirliyə etiraz: Sertifikasiya nəticələri ləğv ediləcək? -
Məllimlərdən nazirliyə etiraz: Sertifikasiya nəticələri ləğv ediləcək? -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
48 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...