Bakı Limanına baş direktor təyin olundu

Bakı Limanına baş direktor təyin olundu
“Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-yə yeni baş direktor təyin edilib.

“Qafqazinfo” ADY-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Eldar Salahov gətirilib.

E. Salahov Peşə Təhsili üzrə Dövlət Agentliyində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində şöbə müdiri vəzifələrində çalışıb. O, ADY-də karyerasına 2024-cü ilin sentyabrından başlayıb, Beynəlxalq əlaqələr departamentinin müdiri olub.

Qeyd edək ki, Prezidentin 25 fevral 2025-ci il tarixli sərəncamına əsasən, “Azərbaycan Dəmir Yolları” QSC Bakı Limanının ona qoşulması formasında yenidən təşkil edilib. Məqsəd dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etməkdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
47 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...