Ohanyanın deputat toxunulmazlığı ləğv edilib

 Ohanyanın deputat toxunulmazlığı ləğv edilib
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın deputat toxunulmazlığı ləğv edilib.

Bu gün Ermənistan parlamentində keçirilən səsvermədə qərarın lehinə 59 deputat səs verib, əleyhinə çıxan olmayıb.

Qeyd edək ki, ötən həftə Ermənistanın Baş prokuroru sabiq müdafiə naziri Seyran Ohanyanın deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı parlamentə vəsatət təqdim edib.

Xatırladaq ki, “Hayastan” fraksiyasının rəhbərinə qarşı qaldırılmış cinayət işi 2010-2015-ci illərdə Geqarkunik vilayətinin Draxtik icmasında 10,5 min kvadratmetr ərazinin qanunsuz mənimsənilməsinə aiddir. Ohanyan bu ərazini müdafiə naziri kimi mənimsəməkdə və büdcə hesabına malikanə tikməkdə ittiham olunur.

konkret.az


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
37 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...