Aqroservis”də BAZAR QAYDALARI: Ağstafaya necə müdir təyin etdilər... - Yəqin nazirin xəbəri yoxdur...

  Aqroservis”də BAZAR QAYDALARI: Ağstafaya necə müdir təyin etdilər... -

Rayonda şayələr gəzirdi ki, Ağstafa rayon, Vurğun qəsəbə sakini Cavanşir Əmrahov xərclədiyi 10-15 min manat müqabilində “Aqroservis” ASC-nin Şəmkir Regional İdarəsinin Ağstafa bölməsinə müdir təyin ediləcək, orada çalışan işçiləri əvəzləyəcək.
Kənd təsərrüfatı mütəxəssisi olmayan Cavanşir Əmrahova bütün mərhələlərdə həmkəndlisi Ağstafa RİH-də müavin vəzifəsində çalışan İlqar Hacıyevin köməklik göstərdiyi danışılırdı.

Faktinfo.az saytına rayondan verilən məlumatda qeyd edilir ki, bir müddət əvvəl dolaşan şayələr özünü doğruldub, Cavanşir Əmrahov “Aqroservis” ASC-nin Ağstafa bölməsinə müdir təyin edilib.

Qeyd edək ki, son illər mütəxəssis olmayan şəxslərin irəli çəkilməsi kənd təsərrüfatı məhsullarının istehsalında məhsuldarlığı bir az da aşağı salıb, idxaldan aslılığı artırıb.

P.S. Ağstafada “pripiska” niyə həyata keçirilir?

Bölgənin qeyri-rəsmi kuratoru kimdi?

DAİM - Ağstafa bölməsinin fəaliyyət istiqamətləri və “özfaliyyət” siyasəti barədə də qarşıdakı həftələrdə məlumat veriləcək. //faktinfo.az//

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
720 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...