Cahangir Əsgərovun qurumundan şəhidə HÖRMƏTSİZLİK

Cahangir Əsgərovun qurumundan şəhidə

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti şəhid Vüsal Vəliyevin əşyalarını Naxçıvana göndərmək üçün pul tələb edib.

Unikal.org xəbər verir ki, bu barədə şəhidin qardaşı Elyar Vəliyev məlumat verib:

"Qardaşımın şəxsi əşyaları və geyimlərini Göygöldəki hərbi hissədən Bakıya gətirdim. İndi Naxçıvana, evimizə göndərməliyəm. Karqo ilə göndərmək üçün dəfələrlə hava limanının qaynar xəttinə zəng etdim, bir neçə şəxslə danışsam da nəticə olmadı. Məcbur qalıb mətbuat xidmətlərinin rəhbəri Paşa Kəsəmənskiyə zəng etdim. O, "Əşyaları göndərmək üçün kimsə Naxçıvana getməlidir, 30 kq pulsuz, qalan hər kq üçün 40-50 qəpik ödəməlisiniz. Hava limanının qaydalarına görə əşyaları kimsə getmədən göndərmək olmur" deyə bildirdi.

Mənim qardaşım Murovdan Şuşaya kimi döyüşüb, iki dəfə yaralansa da döyüşdən çıxmayıb, qəhrəmancasına şəhid olub. Amma bu gün onun əşyalarını Naxçıvana göndərmək Azal üçün böyük problem olub. Tüpürüm o məbləğə, mənim üçün o məbləğ heç nədir. Amma şəhidə qarşı hörmətsizlik edilməsinə susa bilmirəm. Torpaq uğrunda canından keçən şəhidin əşyalarını evinə göndərmək üçün niyə pul tələb edilməlidir? Əşyaları karqoyla göndərmək bu qədərmi çətindir? Hava limanının rüşvətxor, harın rəhbərinin damarlarından azərbaycanlı qanı axsaydı, şəhidə qarşı belə hörmətsizlik edilməzdi. İçimizdəki düşmənlər ön cəbhədəki düşməndən daha təhlükəlidir. Heç kim incidilmiş şəhid ailələrindən ikinci dəfə fədakarlıq gözləməsin. Çox heyf minlərlə şəhiddən, çox heyf...".

Qeyd edək ki, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərovdur.


Cahangir Əsgərovun qurumundan şəhidə

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
389 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...